Hadisə
DİN qadının döyüldüyü hadisə barədə məlumat yaydı
Bəzi sosial şəbəkə səhifələrində Hacıqabul rayon sakini olan bir qadının kürəkəni tərəfindən döyülməsi və bu məsələnin araşdırmaması ilə bağlı iddialar paylaşılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, rayon polis şöbəsi tərəfindən şikayətə baxılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Belə ki, avqustun 20-də Hacıqabul rayon sakini Süriyya Xudayarovanın sifət nahiyəsindən aldığı xəsarətlərlə əlaqədar Hacıqabul RMX-na müraciət etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Eləcə də zərərçəkən qadın və qızları Rayon Polis Şöbəsinə müraciət edərək, həmin hadisə barədə məlumat veriblər.
Daxil olmuş məlumat və müraciətlərlə əlaqədar dərhal Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, zərərçəkənin və yaxınlarının izahatları alınıb.
Aparılan araşdırmalar nəticəsində S.Xudayarovaya kürəkəni M.Nəzərov tərəfindən xəsarət yetirildiyi müəyyən edilib.
Hal-hazırda faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar









.jpg)

.jpg)
























