Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsinin yekun hesabatı təqdim olundu
Bizi izləyin

Hadisə

Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsinin yekun hesabatı təqdim olundu

Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə cari ilin iyun ayının 2-dən avqust ayının 2-dək cinayət işi üzrə məhkəmə proseslərinin müşahidəsinin Yekun Hesabatının təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, təqdimat hesabatının müəllifi hüquqşünas, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib ki, L.Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətməıərinə görə hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə ictimaiyyətə açıq şəkildə təşkil edilib və məhkəmə iclaslarında xeyli sayda yerli və xarici vətəndaş qurumları, Ombudsman təsisatı, media və QHT nemayəndələri iştirak ediblər. Müşahidənin məqsədi məhkəmə prosesinin beynəlxalq humanitar hüquq və insan hüquqları, adələti mühakimə və açıq və qərəzsiz məhkəmə araşdırması hüquqi və prinsipləri baxımından beynəlxalq standartlara uyğunluğunu müəyyən etmək idi: "Bu proses zamanı 2 ay müddətində bütün iclaslarda müstəqil QHT müşahidəçisi qismində iştirak edən şəxs kimi deyə bilərəm ki, proses nəticəsində əsas etibarilə bu nəticəyə gəlmək oıar ki, Azərbaycan dövləti onun vətəndaşlarına qarşı Qarabağ müharibələri zamanı törədilmiş müharibə cinayətinə görə təqsirkar şəxsləri tam olaraq beynəlxalq hüquq standartları çərçivəsində müstəqil, qərəzsiz və ədalətli məhkəmə araşdırması prinsiplərinə əsasən mühakimə edir və bundan sonra da mühakimə edəcəklər. Beynəlxalq Humanitar Hüquq və insan hüquqları prinsiplərinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətində işinin ədalətli və açıq araşdılması hüququna malikdir".

Hüquqşünas Fariz Əkbərov bildirib ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan barəsindəki cinayət işlərinin ibtidai istintaqı zamanı onların 1991-1993-cü illərdə Şuşa həbsxanasında azərbaycanlı əsirlərə qarşı müxtəlif cinayətlər törətdiyi, hətta bəzi əsirlərin üzərinə benzin tökərək yandırdıqları sübuta yetirilib. Həmçinin bu şəxslər cinayət əməllərinə davam edərək 2016-cı ilin aprelində və ötən il baş verən İkinci Qarabağ müharibəsi zamanı sərhədləri qanunsuz keçərək Azərbaycan ərazisində cinayət əməllərinə davam ediblər.

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Briliyinin sədri Ramil İskəndərli əlavə edib ki, vaxtilə Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində keçirilən məhkəmə prosesi qeyri-legitim şəraitdə və qeyri-legitim ərazidə keçirilmişdi. Lakin Bakı Hərbi Məhkəməsində L.Mkrtiçyan və A.Xosrovyanın məhkəməsi Cenevrə konvensiyalarına tam uyğun şəkildə və legitim şəraitdə keçirilib: "Xüsusi qeyd edim ki, təqsirləndirilən erməni silahlıları qəfəsdə deyil açıq masada əyləşdirilmişdi və sinxron tərcümə ilə təmin edilmişdi. Məhkəmə prosesini 40-dan çox yerli və xarici media nümayəndəsi izləyirdi. Həmçinin məhkəmə prosesi zamanı tərəflərin hüquqlarının tam bərabər şəkildə təmin edildiyini müşahidə etdik. Biz aidiyyəti beynəlxalq təşkilatlara da bu proses haqqında hesabatı göndərmişik. Hələlik onlardan reaksiya görməmişik. Bütün hallarda biz məhkəmə müşahidəsini beynəlxalq bələdçi standartlarına uyğun şəkildə həyata keçirmişik. Bizim əsas məqsədimiz bu məsəllıəri beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır. Hesabata konktet reaksiya ala bilməsək də, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar bu kimi sənədlərdən milli hökumətlərlə dialoqda istifadə edildiyini qeyd ediblər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm