Hadisə
Nazir Qəbələdə yanan əraziyə getdi - FOTO/VİDEO
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə səfər edib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, K.Heydərov helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub. Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K.Heydərova məlumat verilib.
Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.
K.Heydərov yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri göstərilən ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir.
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ











.jpg)









.jpg)













.jpg)

