Hadisə
Rövşən Əkbərovun oğlu vəkilə hücum etdi
Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqova hücum edib.
Publika.az xəbər verir ki, bu barədə vəkilin özü sosial şəbəkədə daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edərkən bildirib.
O qeyd edib ki, bu gün R.Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə qətlə yetirilmiş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Fədayı Əliyev hüquqlarını müdafiə edirkən keçmiş birlik komandirinin oğlu tərəfindən hücuma məruz qalıb.
“Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclaslndan çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı.
Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut vardır.
Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”, - deyə vəkil V.Eyvazov və K.Əliyevə müraciətində bildirib.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)








.jpg)

















.jpg)


