Hadisə
Şəmkirdə qanun pozuntusunun qarşısı alındı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Bu barədə Publika.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bu çərçivədə Xidmət tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki,
- Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinə zidd olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan obyektin təyinatı dəyişdirilib;
- odadavamlılığın artırılması üçün tikililərin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;
- yanğın su hovuzuna yanğın avtomobilininin yan alıb su götürə bilməsi üçün 12x12 metr ölçüdə bərk örtüklü meydança salınmayıb;
- tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyekt normativ sənədlərin tələblərinə uyğun olaraq odsöndürənlərlə təchiz olunmayıb, mövcud olan odsöndürənlərin tərkibi isə yenisi ilə əvəz edilməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğın təhlükəli qeyri-standart elektrik sobalarının istismarına yol verilib.
Beləliklə, mövcud vəziyyətdə obyektdə baş verə biləcək yanğın qısa zamanda geniş əraziyə yayılmaqla faciə qaçılmaz olacaqdır.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilən Şəmkir rayonu, Çinarlı qəsəbəsində fəaliyyət göstərən ticarət mərkəzinin ərazisində yerləşən ictimai-iaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)









.jpg)
















.jpg)


