Hadisə
Saxta 100 və 200 manatlıqlar aşkar edildi
Qobustan Rayon Polis Şöbəsinə oktyabrın 29-da şəhər ərazisində yerləşən iki yanacaqdoldurma məntəqəsində yanacaq müqabilində saxta əsginas verilməsi barədə məlumat daxil olub.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, həmin gün gecə saat 3 radələrində avtomobillə yanacaqdoldurma məntəqələrinə gələn sürücü birinci məntəqədə operatora 15 manat dəyərində yanacaq müqabilində 200 manatlıq əsginas verərək 185 manat, ikinci məntəqədə isə 20 manat dəyərində yanacaq müqabilində 100 manatlıq əsginas verərək 80 manat geri alıb. Sonradan həmin əsginasların saxta olması aşkar olub.
Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Salayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)



























.jpg)

.jpg)