Hadisə
DİN Kəlbəcər sakininin iddialarını cavablandırdı
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Kəlbəcər rayon sakininin polis əməkdaşları tərəfindən ona qərəzli şəkildə inzibati xəta barədə protokol tətbiq edildiyi ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a bildirilib ki, vətəndaşın iddiaları əsassızdır.
“Sosial şəbəkələrdə yayılmış videogörüntüdə Kəlbəcər rayon sakini Nəriman Mirzəli müvəqqəti məskunlaşdğı Tərtər şəhərində polis əməkdaşları tərəfindən ona qərəzli şəkildə inzibati xəta barədə protokol tətbiq edildiyi ilə bağlı iddialar səsləndirib.
Nəriman Mizəlinin idarə etdiyi avtomobil Tərtər şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən yoxlama məqsədi ilə saxlanılıb. Onun sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi müəyyən edilib. Sözügedən videogörüntüdə həmin şəxs özü də bunu etiraf edib. Aşkar edilən qayda pozuntusu ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 322.2-ci maddəsi ilə protokol tərtib edilib və nəqliyyat vasitəsi isə müvəqqəti duracağa yerləşdirilib”, - Mətbuat Xidmətindən bildirilib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)


























.jpg)
.jpg)

