Hadisə
Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin QALIQLARI TAPILDI
2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. Meyit ölən neftçilərdən birinə - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsusdur.
Publika.az xəbər verir ki, bu barədə neftçinin oğlu Bəhruz Cəfərov məlumat verib.
Xatırladaq ki, dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, "Günəşli" yatağında baş verən faciə də eyni vaxta təsadüf edir. ("Qafqazinfo")
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)




.jpg)
















.jpg)

.jpg)
