Hadisə
Helikopter qəzasının səbəbi BU İMİŞ - RƏSMƏN AÇIQLANDI
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələr açıqlanıb.
Publika.az xəbər verir ki, bu gün Baş Prokurorluqda keçirilən brifinqdə baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, helikopterin qəzaya uğraması ilə bağlı hadisə yerinə müfəssəl baxış keçirilib:
"Mühüm əhəmiyyət kəsb edən "qara qutu" götürülüb. Cinayət işi üzrə çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib. Müəyyən edilib ki, helikopterin uçuşu və təlimə cəlb edilməsi ilə bağlı hər hansı qayda pozuntusu aşkar edilməyib. Uçuş heyəti əvvəlcədən təlimatlandırılmaqla müəyyənləşib. "Qara qutu" hüquqi yardım əsasında Çex Respublikası ilə əməkdaşlıq çərçivəsində istehsalçı ölkə olması səbəbindən Praqa şəhərində araşdırılıb və bütün qeydə alınmış "qara qutu"nun məlumatları Azərbaycan tərəfinə təhvil verilib".

E.Məmmədov qeyd edib ki, "Mi-17" helikopterinin qəzası zamanı idarəetmə heyətinin eniş zamanı küləyin istiqamətini düzgün müəyyənləşdirməməsi qəzaya səbəb olub: "Belə ki, küləyin gücü və istiqamətinin pilotlar tərəfindən düzgün qiymətləndirilməməsi helikopterin nəzarətdən çıxaraq enmə zamanı yerə çırpılmasına səbəb olub. Zərbənin gücündən qapı hissəsindən parçalanma nəticəsində bortda olan 4 nəfər zərbənin gücü ilə çölə atılıb, onlardan ikisi aldığı xəsarətlərdən ölüb, digər ikisi nisbətən yüngül xəsarət alıb".
Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçi həlak olub, 2 hərbçi yaralanıb.
Nizam Rzayev
Foto: Ceyhun Rəhimov
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









.jpg)










.jpg)
.png)



















