2021-ci ildə itirdiyimiz MƏŞHURLAR - FOTO
Bizi izləyin

Hadisə

2021-ci ildə itirdiyimiz MƏŞHURLAR - FOTO

2021-ci il incəsənət və elm dünyasına ağır itkilərlə yadda qaldı.

Publika.az yola saldığımız ildə vəfat edən tanınmış mədəniyyət adamlarının siyahısını təqdim edir. Həmin sənətçilərin bir çoxu koronavirus səbəbindən dünyasını dəyişib:

Tanınmış bəstəkar Nailə Mirməmmədli 2021-ci il yanvarın 4-də infarkt nəticəsində dünyasını dəyişib.

Nailə Mirməmmədli — Vikipediya

Sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ idman ustası, Rusiyanın Əməkdar məşqçisi Rafiq Əlizadə 7 yanvar 2021-ci il tarixində dünyasını dəyişib.

Siyasi ekspert, politoloq, filologiya üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsinin iştirakçısı, "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, "Baku International Policy and Security Network" ekspert qrupunun rəhbəri Elxan Ələsgərov 5 yanvar 2021-ci ildə koronavirus infeksiyasından dünyasını dəyişib.

Elxan Ələsgərov.jpg

Aktyor, rejissor dublyajist, Əməkdar mədəniyyət işçisi Arif Həbibi 27 yanvar 2021-ci ildə Bakıda vəfat edib.

Azərbaycanın tanınmış aktyoru vəfat etdi

Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, Əməkdar jurnalist Eldar İsmayıl 20 fevral 2021-ci ildə 78 yaşında vəfat edib.

Xalq artisti Yalçın Rzazadə uzun sürən xəstəlikdən sonra fevral ayının 22-si 74 yaşında vəfat edib.

Xalq artisti Yalçın Rzazadə vəfat edib | Report.az

Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Gülnar Hüseynzadə 10 mart 2021-ci il tarixində 67 yaşında vəfat edib.

ADU-nun professoru vəfat edib

Pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının humanitar və təşkilati işlər üzrə müşaviri Nailə İsayeva 3 aprel 2021-ci il tarixində uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.

Xalq artisti, sevilən aktyor Ramiz Məmmədov bu il mart ayının 21-də xərçəng xəstəliyindən vəfat edib.

Azərbaycanın məşhur aktyoru vəfat etdi - 21.03.2021, Sputnik Azərbaycan

"Rəmiş" ləqəbi ilə tanınan Xalq artisti Rafiq Hüseynov da bu il aprelin 5-də vəfat edib. O, ağ ciyərində olan problemlərdən əziyyət çəkirdi.

Oxu.az - Rəmiş koronavirusa yoluxub - FOTO

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu il aprelin 16-da ürəyindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xalq artisti Eldar Quliyev vəfat etdi - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Əməkdar artist Baloğlan Əşrəfov bu ilin 26 aprelində koronavirus səbəbi ilə dünyasını dəyişib.

Baloğlan Əşrəfov Masallıda dəfn ediləcək

Bir müddət xaricdə müalicə alan Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 30 aprel 2021-ci il tarixində 56 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Azad Rahimov.jpg

Xalq artisti Arif Quliyev bu ilin mayında koronavirus infeksiyasına yoluxub. O, müalicə alsa da, mayın 7-də xəstəxanada dünyasını dəyişib.

Arif Quliyev (aktyor) — Vikipediya

Müğənni Aslan Hüseynov bu ilin may ayının 4-ü avtomobil qəzasında dünyasını dəyişib.

Müğənni Aslan Hüseynov VƏFAT ETDİ? - xeberler

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca da bu il mayın 5-i vəfat edib.

Xalq şairi Fikrət Qoca vəfat etdi - Modern.Az Azərbaycan və dünya xəbərləri

Parkinson xəstəliyindən əziyyət çəkən Xalq şairi Musa Yaqub bu ilin 7 mayında 84 yaşında dünyasını dəyişib.

Xalq şairi Musa Yaqub vəfat edib | Report.az

Azərbaycanın Xalq rəssamı Arif Qazıyev 3 sentyabr 2021-ci ildə vəfat edib.

Xalq rəssamı Arif Qazıyev vəfat etdi

Xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov mayın 21-də ağciyər iltihabından vəfat edib.

Milli Məclisin I, II və III çağırış üzvü, filologiya elmləri doktoru, professor Nizami Xudiyev 25 mayda böyrək çatışmazlığından dünyasını dəyişib.

Nizami Xudiyev.jpg

Oğlunun vəfatından sonra səhhətində ciddi xəstəliklər yaranan Əməkdar artist Zöhrə Abdullayeva 28 mayda sklerodermiya xəstəliyindən dünyasını dəyişib.

Zöhrə Abdullayeva oğlunun vəfatından 14 ay sonra ilk dəfə efirə çıxdı  (BizimləSən) - YouTube

Azərbaycan kino rejissoru, aktyor, Xalq artisti Ramiz Əzizbəyli 9 iyunda ürək tutmasından vəfat edib.

Xalq artisti Ramiz Əzizbəyli dünyasını dəyişdi

Azərbaycan estrada müğənnisi, Xalq artisti Səməd Səmədov iyulun 24-də 74 yaşında koronavirusdan vəfat edib.

Xalq artisti Səməd Səmədov vəfat səbəbi bilindi - 24.07.2021, Sputnik  AzərbaycanƏslən güney azərbaycanlı tanınmış vokalist və müğənni Yaqub Zurufçu da koronavirus qurbanlarındandır. O, 14 sentyabrda 65 yaşında dünyadan köçüb.

Yaqub Zurufçu vəfat etdi | Hokm.Az

Görkəmli bəstəkar, səs rejissoru, Əməkdar incəsənət xadimi Adil Bəbirov 26 sentyabrda Kanadada vəfat edib.

Adil Bəbirov – Kinobiz.az – kino haqqında internet portalı

"Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev 27 sentyabrda həyatdan gedib.

Teymur Mirzəyev — Vikipediya

Azərbaycan teatr rejissoru, Xalq artisti, professor Ağakişi Kazımov 8 oktyabrda 85 yaşında vəfat edib.

Xalq artisti Ağakişi Kazımov vəfat edib

Xanəndə, professor, Azərbaycan Respublikasının Xalq artisti Canəli Əkbərov 22 okytabrda insultdan dünyasını dəyişib.

Azərbaycanlı heykəltaraş, memar, Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü, Ukraynanın Xalq rəssamı, dosent, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltaraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov 16 noyabrda COVID-19-dan vəfat edib.

Seyfəddin Qurbanov.jpg

Əməkdar artist Məcnun Hacıbəyov 16 noyabrda koronavirusdan dünyasını dəyişib.

Azərbaycanın tanınmış aktyoru vəfat edib - 16.11.2021, Sputnik Azərbaycan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm