İran ABŞ-a xəbərdarlıq etdi: Nəticələr regiondan kənara çıxa bilər
Bizi izləyin

Dünya

İran ABŞ-a xəbərdarlıq etdi: Nəticələr regiondan kənara çıxa bilər

İran ABŞ-a xəbərdarlıq etdi: Nəticələr regiondan kənara çıxa bilər

İran ABŞ-ı ölkəyə qarşı yenidən hərbi ssenariyə əl atacağı təqdirdə ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib.

Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi “RİA Novosti”yə açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, ABŞ İrana qarşı hərbi ssenari seçərsə, bunun nəticələri regionun hüdudlarından kənara çıxa bilər. O, Vaşinqtonun regiondakı reallıqlara uyğunlaşmalı və problemlərin həlli üçün diplomatiyaya üstünlük verməli olduğunu vurğulayıb.

Qəribabadi qeyd edib ki, hazırda seçim ABŞ-ın qarşısındadır və Vaşinqton hansı yolla gedəcəyinə qərar verməlidir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm