Trampın Nobel qazanmasına mane olan Zelenski imiş...
Bizi izləyin

ABŞ

Trampın Nobel qazanmasına mane olan Zelenski imiş...

Trampın Nobel qazanmasına mane olan Zelenski imiş...

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli və Nobel Sülh Mükafatını əldə etmək yolunda Vladimir Zelenskini əsas maneə hesab edir.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın “The Atlantic” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Zelenskini həm sülhə nail olmaq, həm də mümkün razılaşmaların əldə edilməsi qarşısında əsas əngəl kimi qiymətləndirir.

“Tramp Zelenskini sülhə və onun əldə edə biləcəyi razılaşmalara əsas maneə kimi görməkdə davam edir. O, həmçinin Zelenskini Nobel Sülh Mükafatına gedən yolda əngəl hesab edir”, - deyə nəşrin məqaləsində bildirilib.

Xatırladaq ki, oktyabrın 10-da jurnalistlərə açıqlamasında Tramp Zelenskinin Ukrayna münaqişəsini həll etmək üçün dəfələrlə fürsət əldə etdiyini, lakin bundan istifadə etmədiyini bildirib.

Daha sonra ABŞ lideri Kiyevin iki il əvvəl Rusiya ilə razılaşmaya getməli olduğunu, bunun Ukraynaya danışıqlarda daha əlverişli mövqe qazandıra biləcəyini qeyd edib.

Tramp, həmçinin Ukraynada yeni rəhbərin seçilməsi üçün seçkilərin keçirilməsinə çağırıb. Onun fikrincə, yeni rəhbərlik Moskva ilə danışıqlara başlayaraq silahlı qarşıdurmaya son qoya bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm