Hadisə
Azərbaycanda arvadını güllələyərək öldürən şəxslə bağlı ŞOK FAKTLAR - Keçən il baltalamışdı
Bu gün Yevlax rayonu Hacıselli kəndində 48 yaşlı kişi Mehdi Qarayevin arvadını güllələyərək öldürməsi, qonşusunu isə yaralaması hadisəsinin təfərrüatları məlum olub.
Publika.az -ın əldə etdiyi məlumata görə, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Qarayevanı amansızlıqla öldürən Mehdi ötən ilin yanvarında da onu qətlə yetirməyə cəhd edib. Belə ki, ötən ilin 13 yanvar tarixində Mehdi Qarayev yaşadığı mənzildə balta ilə E.Qarayeva ağır zərbələr endirərək onu öldürməyə cəhd göstərib. Həmin vaxt başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadının həyatını xilas etmək mümkün olub.
Ötən ilin yanvarında həyat yoldaşını baltalayaraq öldürmək istəyən və polis tərəfindən saxlanılan Mehdi açıq şəkildə bildirib ki, azadlığa çıxandan sonra yarımçıq qalan işini başa çatdıracaq və Elnarəni öldürəcək. O, bir neçə gün əvvəl keçən il törətdiyi əmələ görə həbsdən çıxıb və bu dəfə tüfənglə atəş açaraq Elnarəni qətlə yetirib.
Hadisə vaxtı Mehdi Qarayev qonşuluqda yaşayan qohumu 1959-cu il təvəllüdlü İldırım Qarayevə də xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Mehdi Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər












.jpg)



.jpg)



















