Hadisə
Bakıda evləri talayan qadın ələ keçdi - FOTO
Qaradağ rayonunun Ümid qəsəbəsində evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, zərərçəkən Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək evdən 1000 manat məbləğində pul və 600 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən Ümid qəsəbəsində yaşayan daha iki sakinin ərizəsi də polis idarəsində qeydə alınıb. Onlar da evlərindən ümumilikdə 4 min manata yaxın qızıl-zinət əşyalarının oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyənləşdirilib.
Hadisələri törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Zeynəb Quliyeva Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, izahatında etdiyi oğurluqları etiraf edib. Araşdırmalar zamanı onun Səbail rayonu Bayıl qəsəbəsində də bir evdən oğurluq etdiyi müəyyənləşib.
Faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanıb. Zeynəb Quliyeva barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)
























.jpg)
.jpg)

