Hadisə
Vətən Müharibəsi qəhrəmanından haqqındakı İDDİALARA CAVAB
Son günlər Vətən Müharibəsi Qəhrəmanı, 1-ci dərəcəli kapitan Zaur Quliyev barəsində sosial şəbəkələrdə bir sıra iddialar yayılıb. Onun Hərbi Dəniz Qüvvələrindəki vəzifəsindən uzaqlaşdırılaraq, Ali Hərbi Dənizçilik Akademiyasına göndərildiyi iddia olunub.
Publika.az xəbər verir ki, Zaur Quliyev “Qafqazinfo”ya açıqlamasında haqqında yayılan iddialara münasibət bildirib.
“Son günlər sosial şəbəkələrdə mənim xidmətimlə bağlı, bəzi paylaşımlar edilir və əsassız iddialar irəli sürülür. Əvvəlcə onu bildirim ki, mən hərbi qulluqçuyam və Vətənimə xidmətdən qürur duyuram. Xidmətim dövründə və Vətən müharibəsində iştirakıma görə Ali Baş Komandan tərəfindən yüksək səviyyədə qiymətləndirilmişəm və medallarla təltif olunmuşam.
Hesab edirəm ki, mənim adımdan istifadə edərək, mətbuatda və sosial şəbəkələrdə, dövlətimizin mənafeyinə, Ordumuzun imicinə xələl gətirən qərəzli iddialar səsləndirmək və əsassız fərziyyələr irəli sürmək yolverilməzdir”, - hərbçi bildirib.
O qeyd edib ki, hərbi qulluqçunun xidməti karyerasında baş verən dəyişiklər xidməti məlumatlardır:
“Belə xəbərlərin də rəsmi açıqlamalar olmadan tirajlanmasını da mənfi fakt olaraq qəbul edirəm. Hərbi qulluqçu olaraq daima Vətənimiz harada əmr edibsə orada xidmət etmişəm, bu gün də harada əmr edilərsə, orada xidmətimi qürurla, Hərbi Anda, dövlətimizə və xalqımıza sədaqətlə davam edəcəyəm, göstərilən etimadı doğrultmağa çalışacağam.
Bütün bunları nəzərə alaraq, kütləvi informasiya nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə, bloqerlərə müraciət etmək istəyirəm. Xahiş edirəm ki mənim adımdan istifadə edərək dövlətimizə, dövlətçiliyimizə zidd olan xəbərlər yaymasınlar, qalib Ordumuzun işgüzar imicinə xələl gətirən, onun uğurlarına kölgə sala biləcək məlumatlar yaymasınlar və vəzifəli şəxslər, yüksək rütbəli hərbi qulluqçular haqqında qeyri etik fikir əks etdirən paylaşımlar etməsinlər.
Belə addımların atılmasına son qoyulmasını tövsiyyə edirəm. Rəsmi məlumatlara əsaslanmayan, öz təsdiqini tapmayan məlumat və xəbərlər hazırlayarkən, qərəzli şərhlər yazarkən mənim adımın hallandırılmasına icazə vermirəm. Əks halda, belə hallar təkrarlanarsa mən öz hüquqlarımı və Ordumuzun mənafeyini hüquqi müstəvidə qorumaq üçün komandanlığa müraciət edəcəyəm”.
Qeyd edək ki, Z.Quliyev müharibədə xüsusi şücaət göstərdiyi üçün Cəbrayıl, Xocavənd, Füzuli və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. 26 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş Zaur Quliyevi təbrik edib.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)






.jpg)

.jpg)















.jpg)


