Hadisə
Narkotik vasitələr aşkar edildi
Narkotik vasitələr aşkar edilib.
Publika.az">Publika.az xəbər verir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttində "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Lakin gömrük baxışı keçirilən zaman sürücü avtomobilin salonunu tərk edərək postun ərazisində yerləşən müvəqqəti saxlanc anbarına tərəf qaçaraq üzərindəki bağlamanı yaxınlıqdakı otluq əraziyə tullayıb.
Yoxlama zamanı otların arasından bir ədəd yapışqanlı lentlə sarılmış bükülünün içərisində, ümumi çəkisi 8 qram olan narkotik vasitə-tiryək və çəkisi 2 qram olan narkotik vasitə- marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı













.jpg)



















