Hadisə
Meşədə narkotik plantasiyası salan şəxslər saxlanıldı
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətburat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə,rayonun Ruşən kəndi ərazisindəki meşə massivində külli miqdarda narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Dərhal ərazi əməliyyat nəzarətinə götürülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan Şirvan şəhər sakinləri-Amid Cəbiyev və Anar Ərəbov elə iş başında yaxalanıblar. Əraziyə baxış keçirilən zaman 984 ədəd çətənə bitkisi və onlara qulluq etmək üçün yaratdıqları hovuzlar aşkarlanıb.
Saxlanılan dostlar ifadələrində Şirvan şəhərindən İsmayıllıya gələrək burada ötən aynarkotik tərkibli bitkiləri becərdiklərini və vaxtaşırı qulluq göstərdiklərini etiraf ediblər. Məqsədləri isə yetişdirib qurutduqdan sonra satmaq və yüksək qazanc əldə etmək olub.Ancaq onların bu “istək”ləri reallaşmayıb və hər ikisi törətdikləri əmələ görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq- əməliyyat tədbirləri davam etdirilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO






.jpg)
.jpg)



.png)






















