Hadisə
Şəmkirdə 33 yaşlı qadın bu səbəbdən İTKİN DÜŞÜB: 11 yaşlı qızı təsdiqlədi ki... - FOTO
Şəmkir rayon sakini 33 yaşlı Asimə Məmmədova gəlin köçdüyü ev tərk edərək yoxa çıxıb. Avqustun 4-də yoxa çıxan qadını yaxınları hələ də tapa bilmirlər.
Publika.az-ın yerli bürosu məsələni araşdırmaq üçün Asimə Məmmədovanın yaşadığı Seyfəli kəndinə yollanıb. O, qadının ata və anasının yaşanan hadisəyə münasibətini, Asimənin hansı səbəbdən gedə biləcəyini öyrənməyə çalışıb.
Yaxınlarının sözlərinə görə, son bir neçə ayda Asiməni həyat yoldaşı mütamadi şəkildə döyüb. Hətta bir neçə dəfə ata və anasına boşanmaq istədiyini, daha yaşa bilmədiyini bildirib.
Boşanmaq üçün məhkəməyə ərizə də yazılıb. Sonuncu dəfə - yəni hadisədən bir gün qabaq Asimə Məmmədova atasının doğum gününü qeyd etmək üçün doğulduğu evə gəlib. Sonra isə öz evinə qayıdıb.
Asimənin valideynləri qızlarının evdən getməsi xəbərini avqustun 8-də nəvəsindən eşidiblər.
Onlar iddia edirlər ki, Asimənin əri tez-tez içkili gəlib. Yoldaşını da bu səbəbdən döyüb.
Asimənin atası Məhəmmədəli Məmmədov bildirir ki, sonuncu dəfə də əri qadını vurub və bundan sonra Asimə evdən gedib.
Məlumat üçün bildirək ki, Asimə Məmmədova Azər Nağıyev adlı şəxslə 14 ilə yaxındır evlidir. Bu nikahdan onların 2 qızı və bir oğul övladı var.
Anasının dəfələrlə atası tərəfindən şiddətə məruz qalmasını ailənin 11 yaşlı övladı Səma da təsdiqləyir. Axırıncı insident zamanı isə Azər Nağıyev həyat yoldaşından evi tərk etməsini tələb edib.
Faktla bağlı polisə məlumat verilib. Şəmkir rayon Polis Şöbəsi tərəfindən Səma Məmmədovanın axtarışı davam etdirilir.
Əməkdaşımız məsələ ilə bağlı Azər Nağıyevin və ya ailəsinin fikirlərini öyrənmək istəsə də, qarşı tərəf sualları cavablandırmaq istəməyib.
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi













.jpg)

















.jpg)



.jpg)

