Hadisə
Ağcabədidə 30 nəfər saxlanıldı - FOTO
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlər keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumilikdə 30 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ceyhun Hüseynov saxlanılıb. Onun üzərinə və həyətində saxladığı avtomobilinə baxış keçirilən zaman 2 kiloqram 200 qrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Şöbə əməkdaşlarının keçirdiyi digər tədbirlərlə oğurluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakinləri Rahim Cəfərov və Elçin Hüseynov saxlanılıblar. R.Cəfərovun rayon ərazisindəki aptekdən, E.Hüseynovun isə evlərin birindən oğurluq etdikləri müəyyən edilib. Onların zərərçəkmiş şəxslərə 5300 manat miqdarında ziyan vurduqları məlum olub. E.Hüseynovun üzərinə baxış keçirilən zaman isə narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Bundan başqa Ağcabədi RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 28 nəfər barəsində cinayət işi başlanılıb, onlardan 22 kiloqramdan artıq müxətlif adda narkotik vasitələr aşkarlanıb. Bir nəfərdən isə qanunsuz əldə edərək saxladığı avtomat silahı götürülüb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə qanunamüvafiq qaydada tədbirlər görülüb.
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi









.jpg)





























