Hadisə
DYP-dən yayılan görüntülərlə bağlı AÇIQLAMA - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yayılan və sürücü ilə DYP əməkdaşı arasında gərginliyi əks etdirən görüntülərlə bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, bu barədə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib.
Bildirib ki, sözügedən “Chevrolet Cruze” markalı 90-OJ-497 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobilinə əlavə avadanlıq quraşdırdığı üçün dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılıb:
“Bu zaman nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılacağı barədə məlumat verilib. Bu səbəbdən sürücü polis əməkdaşınlarına tabesizlik göstərib və özünə xəsarət yetirməyə cəhd edib.
Bu zaman cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsi ilə protokol tərtib olunub. Sürücü tərtib edilən protokol üzrə müvafiq cəriməni də ödəyib”.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO




































