Hadisə
Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı
Dünən Yevlax rayonunda baş vermiş ağır qəzada ölən və yaralananların adları məlum olub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes C 200” markalı avtomobilin Bərdə-Stansiya Mingəçevir yolunun Yevlaxın Kolanı kəndi ərazisindən keçən 42-ci km-də aşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Belə ki, avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər: 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinin Acil Şöbəsinə yerləşdiriliblər.
Hadisədən sonra sürücü Vəfadar İsmayılzadəni qəzanın baş verdiyi yerdə aşkar etmək mümkün olmayıb.
Qəza “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı sonuncunun kanala düşməsi ehtimal olunur. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

-
Rəsmi xronika11:03İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Kriminal10:44Gəncədə oğlu tərəfindən öldürülən vəzifəli şəxs imiş - TƏFƏRRÜAT/FOTO
-
Region10:28Ramzan Kadırov İrana qarşı çıxdı: Haqsızdır
-
Dünya10:06SEPAH elan etdi: “Həqiqi vəd-4” əməliyyatının 40-cı dalğası başladı
-
Sosial09:12“Dərdini danışmaq 12, ailə problemləri 25 manat...” – Bakıda qeyri-adi xidmət - VİDEO
-
Magazin108:24“Toppuş bacı”nın əri: Elə bir yerə çatmışam ki, heç nə kömək etmir - Foto
-
Ekopublika.az07:35Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar - Siyahı
-
Ekologiya06:16Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - Video








































