Hadisə
Hindistanın cənubunda partlayış - ölən və yaralananlar var
Hindistanın Kerala ştatında “Yehovanın şahidləri”nin qurultayında baş vermiş partlayış nəticəsində azı 1 nəfər ölüb, 36 nəfər yaralanıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ştat polisinin rəisi Şaiq Dərviş Sahib bildirib.
Qeyd olunub ki, insident Koçi şəhərinin yaxınlığındakı Kalamasseridə olub. Partlayış təşkilatın üçgünlük regional qurultayının keçirildiyi konfrans zalında baş verib.
İlkin versiyaya görə, əldəqayırma partlayıcı maddə işə düşüb.
“Bunun arxasında kimin dayandığını müəyyən edəcəyik, ciddi tədbirlər görəcəyik”, – polis rəisi vurğulayıb.
Eyni zamanda, polis bir partlayışın baş verdiyini açıqlasa da, bəzi KİV üç partlayışın olduğuna dair məlumat yayıb.
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı























.jpg)










.jpg)