Yaxın Şərq
Həniyyənin qardaşı oğlu da məhv edildi
Qəzza zolağında İDF-nin həyata keçirilən əməliyyat zamanı HƏMAS-ın hərbi bölməsində "Nuxba" rotasının komandir müavini vəzifəsini tutan Valid Həniyyə məhv edilib.
Publika.az İsrail ordusunun yaydığı məlumata istinadla xəbər verir ki, məhv edilən şəxs hərəkatın siyasi bürosunun mərhum lideri İsmayıl Həniyyənin qardaşı oğlu olub.
İDF-nin mətbuat xidmətinin rəsmi bəyanatına əsasən, Valid Həniyyə oktyabrın 7-də İsrailə edilən hücumda birbaşa iştirak edib və sərhədi yaran dəstəyə rəhbərlik edib. Bundan əlavə, o, döyüşçülərin hazırlanması və təşkilata yeni üzvlərin cəlb edilməsi ilə məşğul olub.
Xatırladaq ki, İsmayıl Həniyyə 2024-cü il iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində həlak olub. İsrailin bu hücumda məsuliyyəti həmin ilin dekabrında müdafiə naziri İsrail Kats tərəfindən rəsmi olaraq təsdiqlənib.
İyunun 22-də İDF İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqəsi Karmey-Tsura qarşı "molotov kokteyli" atdıqları iddia edilən iki fələstinli radikalın məhv edildiyi barədə məlumat verib.
Hüseyn İbadlı
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı







































