Hadisə
Ər içdi, xanımı sükan arxasına keçdi – Bakıdakı faciəvi hadisənin TƏFƏRRÜATI
Ötən ilin 11 sentyabr tarixində gecə saat 23:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində ağır yol qəzası törətmiş xanım sürücüyə hökm oxunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Zəminə İsmayılova Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə ifadə verən qadın bildirib ki, qəzanı törətdiyi avtomobil ərinə məxsusdur və hadisə baş verən gün o, həyat yoldaşı ilə birgə qayınatasıgilə qonaqlığa gedib. Qonaqlıqda ərinin spirtli içki qəbul etməsi səbəbindən qayınatasıgildən çıxarkən “Mercedes” markalı avtomobilin sükanı arxasına Z.İsmayılova özü keçib. O, avtomobillə Zabrat qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Telman Qasımovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Mərhumun ailəsi Z.İsmayılovadan şikayətçi olmaması barədə məhkəməyə yazılı müraciət təqdim edib.
Sabunçu rayon Məhkəməsinin hökmü ilə Z.İsmayılova 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
O, cəzasını çəkəcəyi məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilib.
Turqut Seyidov
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş











.jpg)






















