Hadisə
Borc üstündə düşən dava: Sinif yoldaşını yataqda öldürdü - VİDEO
_(1).jpg?v1758266505)
Dostunu 400 manat borcuna görə qətlə yetirən Asim Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, 2021-ci il dekabrın 31-də Səməd Vurğun küçəsindəki 116 saylı binanın zirzəmisində 1989-cu il təvəllüdlü Şahmar Balayevin meyiti aşkarlanıb. Bundan təxminən 5-6 saat sonra 20-ci polis bölməsinə gələrək könüllü təslim olan 1988-ci il təvəllüdlü Asim Nəcəfov cinayəti törətdiyini etiraf edib.
İstintaqla müəyyən edilib ki, Asim Nəcəfov sinif yoldaşı kimi uzun müddət dostluq etdiyi Şahmar Balayevə 2018-ci ildə borca 400 manat verib. Dəfələrlə pulunu geri tələb etməsinə baxmayaraq, sonuncu borcunu qaytarmayıb, hər dəfə onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib. Buna görə dekabrın 31-də saat 12:00 radələrində yaşadığı mənzildən ov bıçağını götürüb Səməd Vurğun küçəsindəki 116 saylı binanın 7-ci blokunun zirzəmisinə gəlib. Yuxudan oyanan Şahmar Balayevin başına və qollarına əvvəl bıçağın dəstəyi ilə zərbələr vurub. Onun sinəsinə və bədəninin digər nahiyələrinə çoxsaylı zərbələr endirib. Asim Nəcəfov Şahmar Balayevi qəsdən öldürüb.
Məhkəmə iclasında Asim Nəcəfov ittiham üzrə özünü qismən təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Nəcəfov 16 il müddətinə azadlıqdan məhrum olunub.

-
ABŞ10:00
ABŞ Əfqanıstana qayıdır: Görün Tramp nə tələb etdi
-
Hadisə09:36
Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü - FOTO
-
ABŞ08:48
Tramp bu gün Cinpinlə "TikTok"un taleyini HƏLL EDƏCƏK
-
İdman06:46
Lunyev yenə hoqqa çıxardı: Hara qaçırsan?
-
Magazin106:16
“Qəzadan sağ çıxmağım da möcüzədir” - VİDEO
-
Sosial04:14
Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq - VİDEO
-
Dünya03:43
Gözlənilməz yeni asteroid təhlükəsi aşkar edildi - Yaşayış məntəqələri...
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yeni hissləriniz yarana bilər