Hadisə
Rusiya bu azərbaycanlıdan danışır: Onlarla insanın həyatını xilas etdi - FOTO
Novosibirsk sakinləri Azərbaycandan olan fəhlə Rza Rzayev üçün 70 min rubldan çox pul toplayıblar.
Publika.az xəbər veririk, Rza yanvarın 17-də istilik magistralında baş verən qəza zamanı onlarla insanın həyatını xilas etməyə kömək edib. Bu barədə “Borusio”nun Telegram kanalı məlumat yayıb.
Şəhərin Leninski rayonu Petropavlovskaya küçəsində kommunal qəza baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 6-7-ci mərtəbəyə qədər yerdən qaynar su bulağı çıxıb. Ən yaxın küçə isti suyun altında qalıb.

Sonradan məlum olduğu kimi, 14 nəfər yaralanıb. Azərbaycanlı olmasaydı, daha çox insan tələfatı ola bilərdi. Rza Rzayev əvvəlcə qaynar su basan yolayrıcından adlamaq üçün keçid təşkil edib, sonra isə insanların ondan istifadəsinə köməklik göstərib. O, uşaqları qucağında aparıb.

Hekayə sosial mediada böyük əks-səda doğurub. Novosibirskdən olan fəallar həmin şəxs üçün Azərbaycandakı övladlarının yanına uça bilməsi üçün pul yığıldığını elan ediblər. Təşkilatçıların hesablamalarına görə, toplanan vəsait gediş-gəliş biletləri və övladlarına hədiyyə üçün kifayət edəcək.
Tural
-
Dünya10:36Çindən Rusiyaya şad xəbər: ABŞ xoş sürpriz edə bilər
-
ABŞ10:09Trampın kiçik oğlu bu modellə nişanlandı - FOTO
-
Sosial09:33Abbas Abbasov axtarışa verildi
-
Sosial08:3714 yaşlı qızın toyunun qarşısı alındı - Valideynlərdən biri həbs edildi
-
Sosial08:10Bakıda ucuz evlər satışa çıxarılır - Bunları mütləq bilməlisiniz
-
İdman07:15Neymar Nyu-york küçələrində sevgilisi ilə belə gizləndi - FOTO/VİDEO
-
Magazin206:46Burakın alacağı qonorar heyrətləndirdi
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı



























.webp)









