Hadisə
Azərbaycanda oğurladığı pulla qızına toy edən ata həbs edildi
Xaçmaz rayonunda tanışının cibindən 1400 panat pul oğurlayan kişinin məhkəməsi keçirilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Quba rayonu Atuc kənd sakini olan 1980-ci il təvəllüdlü Əzim Əzizov Xaçmaz rayon Məhkəməsində keçirilən prosesdə Cinayət Məcəlləsinin 177-ci, yəni oğurluq maddəsi ilə təqsirləndirilib.
Cinayət işinin araşdırılması zamanı məlum olub ki, Əzim yaşadığı Quba rayonundan Xaçmaz şəhərinə gedərək iş axtarıb. O, Xaçmazda iş adamı, çörəkbişirmə sexinin sahibi Vahid adlı şəxsə yaxınlaşıb. Vahid ona sexdə iş olmadığını deyib. Lakin Armudpadar kəndində yerləşən bağ evində həyətdə işləyərək orada qala biləcəyini söyləyib. Bundan sonra Əzim həmin bağa gedib və orada mühafizəçi kimi qalan İsmayıl adlı pensiyaçı ilə birgə işləməyə başlayb. Onlar eyni otaqda qalıblar.
Həmin günlərin birində Əzim İsmayılın yatmasından istifadə edərək onun bir neçə aydır pensiyası hesabına yığaraq üzərində saxladığı 1400 manatı gecə saat 03 radələrində götürüb. Oğurladığı pulları və öz əşyalarını toplayan Əzim gecə vaxtı oranı tərk edərək qaçıb. O, Quba rayonunda yaşadığı evə gedib və gətirdiyi pulları işləyərək qazandığını deyib və həmin vəsaitlə qızına toy edib.
İsmayıl isə başına gələn hadisə ilə bağlı polisə müraciət edib.
Məhkəmədə zərərçəkən şəxs Əzimin oğurladığı pulları qaytarmadığını deyərək onun həbs edilməsini tələb edib.
Xaçmaz məhkəməsinin ötən həftə çıxardığı hökmlə Əzim Əziov 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Polis nəzarəti altında olan 44 yaşlı kişi məhkəmə zalında həbs edilib.
Turqut Seyidov
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur








.jpg)



.jpg)






















.jpg)
.jpg)

