Hadisə
Xankəndi məhkəməsi bu şəxsə cəza verdi
Bu ilin 11 may tarixində Xankəndi şəhərində tapdığı soyuq silahı gizlədərək aparmaq istəyən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az xəbər verir ki, Xocalı rayonu Malıbəyli kəndində qapı-pəncərə sexində çalışan 1981-ci il təvəllüdlü H.N-ə Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə hökm oxunub.
Xankəndi Şəhər Məhkəməsində keçirilən prosesdə H.N bildirib ki, silah hesab edilən “Kalaşnikov” avtomatının süngü-bıçağını Malıbəylidən Xankəndiyə bazarlıq etməyə gedərkən təsadüfən tapıb. Polis əməkdaşları şəhərin girişindəki postda avtomobilləri yoxlayarkən ön oturacağın altında gizlədilmiş əşyanı tapıblar və faktla bağlı cinayət işi açılıb.
Xankəndi Şəhər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə ona qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzası verilib.(qafqazinfo)
-
ABŞ22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?







































