Narinin atası həbs edilən ailə üzvlərini müdafiə etdi: “Zarafat etdiyim üçün...”
Bizi izləyin

Hadisə

Narinin atası həbs edilən ailə üzvlərini müdafiə etdi: “Zarafat etdiyim üçün...”

Diyarbəkirdə itdikdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın atası Arif Güran qətllə bağlı iddianamənin ardından ilk dəfə danışıb.

Publika.az xəbər verir ki, Narinin qətli ilə bağlı iddianamədə şübhəlilər arasında olan anası Yüksel, qardaşı Enes, əmisi Səlim Güran və qonşusu Nevzat Bəxtiyar üçün ağırlaşdırılmış ömürlük həbs istənilir.

Atası isə qatilin qonşuları Nevzat Bəxtiyar olduğunu iddia edərək həbs edilən ailə üzvlərini müdafiə edib.

O, “Habertürk” müxbirinin “Nevzat Bəxtiyarla aranızda düşmənçilik olubmu?” sualını belə cavablandırıb:

"Bu hadisə baş verməmişdən 10-15 gün əvvəl onunla aramızda maşın alveri ilə bağlı mübahisə yaranmışdı. O, artıq "mən qətiyyən qəbul etmirəm, bu pulu verməyəcəyəm" deyirdi, şahidlər var, onları çağırdım. Orada bir az kəkələdi. Kəkələməsinə lağ etdim. O, bunun heyfini çıxdı”.

“Yanımda oturdu, çay içdi, axtarışlara qatıldı”

“Buna baxmayaraq, Narin yoxa çıxanda şübhələnmədin” sualına isə “Əlbəttə. Çünki o, hər gün axtarışda iştirak edir, hər axşam məscidə gəlir, yanımda oturur, çay içir, namaz qılır. Qızımı götürüb dərədə gizlədib, o, elə cəsur adamdır ki, gəlib yanıma otura bilir.

Meyiti Səlim Gürandan aldığını iddia edir. Nevzat Bəxtiyar yanımda olduğu halda, Səlim Güran yanımda deyildi. Səlim muxtar olduğu üçün jandarma ilə gəzirdi”.

“HTS görüntüləri mənim üçün dəlil deyil”

Güran HTS qeydlərinin etibarlılığını şübhə altına alıb: “HTS var, düzdür. Lakin onun təsbiti dəqiq deyil. Bu, mənim üçün sübut deyil. Bu gün onların hamısına ömürlük həbs cəzası verilsə, mənim üçün fərqi yoxdur. Qızımın qətlini kimin törətdiyi hələ də bəlli deyil.

Bu qətlin sübutu olan iki kamera var və onlar iddianamədə yoxdur. Hazırda 800 metr qabaqda kamera var. Hava limanının kamerası var. Kamera görüntüklərini ortaya çıxarmaq bu qədərmi çətindir? Mən “Dara-2”nin ittiham aktına salınmasını istəyirəm. Bu, həyata keçirilsə, qətlin üstü açılacaq”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm