Şəmkirdən Qarabağa işləməyə gedən qardaşlar faciəli şəkildə öldü
Bizi izləyin

Hadisə

Şəmkirdən Qarabağa işləməyə gedən qardaşlar faciəli şəkildə öldü

Şəmkirdən Qarabağa işləməyə gedən qardaşlar faciəli şəkildə öldü

Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən Anar Həmidovun məhkəməsi başa çatıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 1977-ci il təvəllüdlü sürücüyə hökm oxunub.

Qeyd edilib ki, hadisə zamanı Anar Həmidov “Toyota Carolla” markalı avtomobillə Bəhramtəpə-Mingəçevir yolunun Ağcabədi rayonu Hacıbədəlli kəndindən keçən 95.5-ci kilometrliyində geriyə dönmə manevri edirmiş. Bu zaman onun idarə etdiyi avtomobil “Lada Priora” markalı digər maşına çırpılıb. Nəticədə həmin avtomobildə olan Şəmkir rayon Seyfəli kənd sakini 1996-cı il təvəllüdlü Elvin Hüseynov və qardaşı Orxan Hüseynov aldıqları ağır xəsarətlərdən vəfat ediblər. Daha 2 nəfər isə xəsarət alıb.

Vəfat edən qardaşlar həmin vaxt Şəmkirdən Qarabağ zonasına işləməyə gedirmiş.

Məhkəmənin hökmü ilə qəzanı törədən sürücü A. Həmidov cinayət əməlində təqsirli bilinib. O, 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli müəssisədə çəkəcək şəxsin sürücülük hüququ da 3 il müddətə məhdudlaşdırılıb.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm