Vilyam Hacıyev azadlığa buraxıldı
Bizi izləyin

Hadisə

Vilyam Hacıyev azadlığa buraxıldı

Vilyam Hacıyev azadlığa buraxıldı

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.

Publika.az APA-ya istiandla xəbər verir ki, bununla bağlı bu gün Xəzər rayon məhkəməsi qərar qəbul edib.

O, səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb.

Onun cəzasının başa çatmasına 1 ildən bir qədər çox vaxt qalmışdı.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 5 may 2020-ci ildə saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 ay müddətinə azaldıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm