Hadisə
250 mini mənimsəyən vəzifəli şəxsə hökm oxundu
"Agricola" MMC-yə məxsus gübrələri sataraq oradan əldə olunan 249 min 703 manat pulu mənimsəməkdə təqsirləndirilən həmin MMC-nin Beyləqan rayonu üzrə satış müdiri vəzifəsində işləmiş Mobil Həsən oğlu Əhmədov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Publika.az Report.az-a istinadla xəbər verir ki, bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Həmçinin hökmlə iş üzrə dəymiş ziyan təqsirləndirilən şəxsdən tutularaq "Agricola" MMC-yə ödənilməsi qərara alınıb.
İttihama əsasən, Mobil Əhmədov "Agricola" MMC-nin Beyləqan rayonu üzrə regional satış müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək şirkətə məxsus külli miqdarda vəsaiti mənimsəyib.
Belə ki, o, 2023–2024-cü illər ərzində müqavilə və təhvil-təslim sənədləri əsasında cəmiyyətin Kürdəmir rayonundakı anbarından Beyləqandakı satış məntəqəsinə göndərilən müxtəlif markalı mineral gübrələri 45 dəfəyə təhvil alıb.
Təqsirləndirilən şəxs həmin gübrələri rayon ərazisində satsa da, əldə olunan vəsaiti şirkətə tam ödəməyib. Nəticədə o, 2025-ci ilədək ödənilmiş məbləğ çıxılmaqla, şirkətə məxsus 249 min 703 manat pulu şəxsi ehtiyaclarına sərf edərək mənimsəyib.
Cinayət işi üzrə zərərçəkən qismində sözügedən şirkət tanınıb.
Mobil Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdardamənimsəmə) maddəsi ilə ittiham olunur.
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
-
Cənubi Qafqaz10:24Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
-
Sosial10:00Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
-
Nida Təhlil 09:36DMX Rusiya vətəndaşlarına çağırış etdi
-
MDB09:24Sankt-Peterburq səhəri dron həyəcanı ilə açdı - Partlayışlar var










.jpg)

_(1).jpg)

.jpg)








.png)













