Hadisə
Şamaxıda avtomobil yolu çökdü
Son günlər yağan yağışlar səbəbindən Şamaxıda sürüşmə zonaları aktivləşib.
Publika.az "Report"a istinadla xəbər verir ki, uzunluğu 16 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmə baş verib.
Yolun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.
Yolun bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 4-5 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb.
Sis kəndinə gedən avtomobil yolu da sürüşməyə məruz qalıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib.
19 saylı xüsusi təyinatlı yol istismar MMC-nin baş mühəndisi Kənan Babaşovun sözlərinə görə, hava şəraiti sabitləşəndən sonra ziyan dəymiş ərazilərdə təmir-bərpa işləri görüləcək.
Qeyd edək ki, sürüşmə baş verən ərazi rayon mərkəzindən 22 km aralı məsafədə yerləşir.
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır


































