Avropa
Rusiya səfiri İsveç XİN-nə çağırıldı
Rusiyanın İsveçdəki səfiri Sergey Belyayev Rusiyanın Polşanın hava məkanını pozması və Danimarkada ehtimal olunan təxribatlarla bağlı ittihamlara etiraz bildirilməsi məqsədilə İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı diplomatik nümayəndəliyindən məlumat verilib.
Rusiya səfirliyindən bildirilib ki, krallığın nümayəndələrinə Rusiyanın Avropa İttifaqına üzv dövlətlərin ərazisinə zərbələr endirmədiyi xatırladılıb.
“Rusiya Federasiyasının nə Polşanın hava məkanının sərhədlərini pozmasına, nə də Danimarka ərazisində hər hansı qanunsuz fəaliyyətə aidiyyətini təsdiqləyən inandırıcı sübutların təqdim edilmədiyi vurğulanıb”, – deyə diplomatik nümayəndəlikdən bildirilib.
Noyabrın 24-də Rusiyanın Polşadakı səfiri Georgi Mixno da Rusiya Federasiyasının ölkənin hava məkanını pozması ilə bağlı Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Bundan əvvəl Danimarka Avropa İttifaqı ölkələrinə müraciət göndərərək, rusiyalılara turist vizalarının verilməsinin qadağan edilməsinə, biometrik olmayan xarici pasportların tanınmasının dayandırılmasına və yalnız Şengen zonasında sərbəst hərəkət hüququ verməyən vizaların təsdiqlənməsinə çağırıb. Kopenhagen bu addımı Moskvanı Ukraynalı reper Kiyevstonerə qarşı sui-qəsdin təşkilində heç bir sübut olmadan ittiham etdikdən sonra atıb.
Hüseyn İbadlı
-
Gözəllik21:36Qışda saçlara necə qulluq edilməlidir? - Stilistdən tövsiyə
-
Hadisə21:12Azərbaycanda zəlzələ oldu
-
Region20:24İranda saxta spirtli içkidən kütləvi zəhərlənmə - Çox sayda ölən var
-
İdman19:20"Sabah"a 2 qol vuran Qordon həftənin oyunçusu seçildi
-
İKT18:36“Aztelekom”dan internet sürəti ilə bağlı açıqlama
-
Hadisə17:01Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
-
Nida Xəbər 16:34TRIPP layihəsi Moskvanın hədəfinə xələl gətirdi: Rusiya nə planlaşdırır?
-
Region16:28Paşinyandan Rusiyaya mesaj: Sərhədlərimizi özümüz qorumalıyıq
























.jpg)












