Hadisə
Bakıda restoranda bir ailənin 4 üzvünü döydülər - VİDEO
Sosial şəbəkələrdə paytaxt restoranlarının birində bir qrup şəxsin xuliqanlıq hərəkətləri törətmələrini, digər müştəriləri döymələrini əks etdirən görüntülər yayılıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin görüntülərdə əks olunan hadisə oktyabrın 18-i Yasamal rayonunda restoran-pubların birində baş verib.
Yasamal RPİ-də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Əməli törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Məlumata görə, Cavad Muradov və tanışları Rüfət İsmayılov, Afiyəddin Əliyev, Kənan Gərayzadə və Rauf Gərayzadə restoranda insanların gözü qarşısında bir ailənin 4 üzvünü döyərək onlara müxtəlifdərəcəli bədən xəsarətləri yetiriblər. Cinayət qanunvericiliyinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb edilən C.Muradov, R.İsmayılov, A.Əliyev, K.Gərayzadə barəsində həbs, R.Gərayzadə haqqında isə digər qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, C.Muradov və dostlarının daha əvvəl də xuliqanlıq hərəkətləri ilə bağlı mediada məlumatlar yer alıb.
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"


















.jpg)
















.jpg)
