Hadisə
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
Publika.az oxu.az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elvira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.
O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elvira iki il Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan dayısı qızı ilə birlikdə kirayədə yaşayıb.
Bu il dayısı qızı akademiyanı bitirdiyi üçün Elvira da kirayədə yaşadığı mənzildən Azərbaycan Tibb Universitetinin yataqxanasına köçüb.
E.Eyyubovanın bacısı da bu il ali məktəbə qəbul olunub və onunla birlikdə həmin yataqxanada yaşamağa başlayıb.
Noyabrın 14-də axşam saatlarında bacısı mağazadan qayıdarkən Elviranı ölü vəziyyətdə aşkarlayıb.
Elvira Eyyubova dünən doğulduğu Qəbələ rayonunda dəfn edilib.
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı
-
Ekologiya07:17Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin206:46Ölən oğlunun evini 6 milyona satır






































