Makronun tərcümeyi-halı yeni faktları üzə çıxardı - “Onun vəfatı ilə barışmayıb”
Bizi izləyin

Avropa

Makronun tərcümeyi-halı yeni faktları üzə çıxardı - “Onun vəfatı ilə barışmayıb”

Makronun tərcümeyi-halı yeni faktları üzə çıxardı - “Onun vəfatı ilə barışmayıb”

Fransa Prezidenti Emmanuel Makronun psixoloji formalaşmasına iki qadının – hökmran xarakterli nənəsi Manettin və özündən 24 yaş böyük həyat yoldaşı Bricitin güclü təsir göstərdiyi bildirilir.

Publika.az xəbər verir ki, “New York Post” fransalı lider haqqında jurnalist Katrin Nayın yeni kitabına istinadla bu barədə yazıb.

“Emmanuel hələ də nənəsinin vəfatı ilə barışmayıb. O, hətta onun yerini dolduracaq birini də tapmayıb (emosional baxımdan nənəsinin ölümünü qəbul edə bilməyib – red.). O, psixoanalizdən keçməlidir”, – Bricit Nayla söhbəti zamanı belə deyib.

Jurnalistin araşdırmasına görə, gələcək prezidentin tərbiyəsi ilə beş yaşından etibarən nənəsi məşğul olub və onun həyatına ciddi nəzarət edib. Makron 15 yaşında, teatr sinfində təhsil aldığı dövrdə 39 yaşlı müəlliməsi Bricit Tronye ilə tanış olub. Nayın sözlərinə görə, yeniyetmə müəlliməsinin diqqətini cəlb etmək üçün özü təşəbbüs göstərib və onunla daha çox vaxt keçirmək məqsədilə birlikdə pyes yazmağı təklif edib.

Jurnalist kitabında Makronun şəxsi xarakter xüsusiyyətləri ilə siyasi qərarları arasında əlaqə olduğunu qeyd edib. Onun fikrincə, Fransa Prezidenti tənqidi çətin qəbul edir və nadir hallarda öz qərarlarına şübhə ilə yanaşır. Makron özü isə Katrin Nayla söhbətində etiraf edib ki, indiyədək böyüyüb yetkinləşə bilməyib.

Bundan əvvəl jurnalist Olivye Bomont “Yelisey sarayının faciəsi” adlı kitabında Fransa Prezidentinin həyat yoldaşının ona güclü təsir göstərdiyini bildirmişdi. Müəllifin sözlərinə görə, Makron cəmiyyətdəki əhval-ruhiyyə də daxil olmaqla, müxtəlif məsələlərdə Bricitin fikrini öyrənir. Kitabda qeyd olunur ki, Bricitin hökumətin bəzi üzvləri arasında da böyük nüfuzu var.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm