Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
Bizi izləyin

MDB

Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq

Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq

Gürcüstan və Rusiya xüsusi nümayəndələr səviyyəsində diplomatik dialoqu bərpa ediblər.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, Rusiya ilə tənzimləmə məsələləri üzrə xüsusi nümayəndə Georgi Zurabaşvili ilə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş çox yaxın vaxtlarda keçiriləcək .

Kobaxidzenin sözlərinə görə, danışıqların yeri hələ müəyyən edilməyib. O, görüşün Tbilisi və ya Moskvada deyil, üçüncü bir ölkədə keçirilə biləcəyini bildirib. Baş nazir söz verib ki, bu detallar razılaşdırıldıqdan sonra ictimaiyyətə dəqiq vaxt və yer barədə məlumat veriləcək.

Zurabaşvili bu ilin oktyabr ayında Rusiya üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edilib.

Gürcüstanın Baş naziri qeyd edib ki, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli, mövcud ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi, humanitar məsələlər üzrə davamlı dialoqun aparılması Tbilisi üçün vacib prioritetlərdir. O, həmçinin vurğulayıb ki, "dövlət işləyir və bu iş konkret praktik nəticələr verəcək".

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm