Məşhur televiziya ulduzu vannada çılpaq poza verdi - FOTO
Bizi izləyin

Magazin1

Məşhur televiziya ulduzu vannada çılpaq poza verdi - FOTO

Məşhur televiziya ulduzu vannada çılpaq poza verdi - FOTO

Britaniyalı bloqer və “Love Island” realiti-şousunun keçmiş iştirakçısı Molli-Mey Heyq kosmetika məhsullarının cəsarətli reklam çəkilişində iştirak edib.

Publika.az xəbər verir ki, lentə alınan fotolar onun "Instagram" səhifəsində paylaşılıb.

27 yaşlı məşhur lüks kosmetika məhsulları satan "Look Fantastic" şirkətinin siması olub. Pərakəndə satış şirkətinin saytında təqdim olunan məşhur məhsulları reklam etmək məqsədilə yayımlanan fotolarda o, vannada çılpaq halda poza verib.

May ayında Molli-Mey Heyq Dubayda istirahətdən qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib. Heyqin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərindən evə səkkiz saatlıq uçuşdan sonra ayağında qəfil, kəskin sancı hiss edib. Daha sonra ağrı dizinə, baldırına və pəncəsinə yayılıb. Bu əlamətlər şişkinlik və istilik hissi ilə müşayiət olunub. Bundan sonra bloqer həkimə zəng etmək qərarına gəlib. Ona təcili olaraq xəstəxanaya getmək tövsiyə olunub. Teleulduz bildirib ki, analizlər verdikdən və həkimlə məsləhətləşdikdən sonra onda tromboz əlamətlərinin aşkar edilmədiyi barədə məlumatlandırılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm