Hadisə
110 milyon insanı öldürə bilər - Yerə yaxınlaşan asteroidin toqquşma ehtimalı ARTDI
"2024 YR4" asteroidinin 2032-ci ildə Yerlə toqquşma ehtimalı 1.2%-dən 3.1%-ə yüksəlib. Bu, müşahidə tarixində ən yüksək göstəricidir.
Publika.az xəbər verir ki, 7 il sonra asteroidin Yerlə toqquşma ehtimalı cəmi bir neçə həftə ərzində bu qədər artıb.
Alimlərin fikrincə, asteroidin Yerlə toqquşması zamanı TNT ekvivalentində 8 meqaton gücündə partlayış baş verə bilər. Bu, Xirosimaya atılan atom bombasının gücündən 500 dəfə çoxdur.
Alimlər "2024 YR4"ün sıx məskunlaşmış şəhərə düşməsinin nəticələrini proqnozlaşdırıblar - zərbə dalğası partlayış mərkəzindən 13.7 km radiusda olan binaların əksəriyyətini dağıdacaq. İnsan tələfatı ehtimalı hətta 19 km radiusda da qalacaq, 40 km-ə qədər məsafədə olan insanlar isə yüngül xəsarət alacaqlar.
Bununla belə, alimlər hələ asteroidin hansı orbitlə uçacağını dəqiq bilmirlər.
Xatırladaq ki, "2024 YR4" asteroidi 27 dekabr 2024-cü ildə Çilidəki ATLAS rəsədxanasında aşkar edilib. Onun diametri təxminən 70 metrdir ki, bu da Çelyabinsk meteoritindən üç-dörd dəfə böyükdür.
"Onu 33 gündür müşahidə edirlər və məlum olub ki, onun planetimizlə 22 dekabr 2032-ci ildə toqquşma ehtimalı var. Hazırda Yerlə toqquşma ehtimalı müxtəlif qurumlar tərəfindən 0.5-dən altı faizə qədər qiymətləndirilir. Altı faiz - yəni vəziyyətin inkişafının 16 variantından biri toqquşmanı nəzərdə tutur", deyə - "Ka-Dar" rəsədxanasının və "Astrovertı" astrofermanın elmi rəhbəri, astronom Stas Korotkiy jurnalistlərə bildirib.
(Oxu.az)
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?



























.jpg)







