Ağdamda minaya düşən şəxslərin son durumu açıqlandı
Bizi izləyin

Hadisə

Ağdamda minaya düşən şəxslərin son durumu açıqlandı

Ağdamda minaya düşən şəxslərin son durumu açıqlandı

Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1 nəfərin (kişi cinsli) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, 2 nəfər (kişi cinsli, qadın cinsli) isə ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bildirilib ki, hazırda sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat olunan 1983-cü il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları diaqnozu təyin olunan 2012-ci il, hər iki aşağı ətrafın və qarnın ön səthinin, sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin olunan 2014-cü il təvəllüdlü şəxslərə isə zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm