Hadisə
Türkiyə və Azərbaycan mediası ilə bağlı mühüm müzakirə - FOTO
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində “Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Türkiyə İletişim Başkanlığının Bakıdakı Mətbuat Müşavirliyi və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə analitiklər və köşə yazarları ilə birə müzakirələr keçirilib.
Publika.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyinin təşkilatçılığı ilə aparılan media müzakirələri barədə açıqlama yayıb.
Bildirilir ki, bu tədbir iki ölkə arasında media sahəsində strateji əməkdaşlığın inkişafına yeni təkan verir: “Müzakirələrdə gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məqamlar müzakirə olunub”.
Müzakirələrdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, həmçinin Azərbaycandan və Türkiyədən olan media təmsilçiləri, ekspertlər çıxış edərək “Bir millət, iki dövlət”in, həmçinin Türk dünyasının mənafeyinə xidmət edən təşəbbüslərlə çıxış ediblər, perspektiv planlardan danışıblar, ortaq maraqlarımızın müdafiəsi istiqamətində qiymətli fikirlər söyləyiblər. Bu kimi faydalı müzakirələrin hər iki ölkədə davam etdirilməsi məqsədəuyğun sayılıb.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı













.jpg)



















