Hadisə
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Publika.az xəbər verir ki,ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər.
Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.
-
Ekologiya13:09Sabah 18 dərəcə isti olacaq - Hava proqnozu
-
İKT12:50Ekspert Azərbaycanın rəqəmsal inkişafından danışdı: "Hər 3 istiqamət üzrə yaxşı nəticə var"
-
Sosial12:18Kirayə bazarında söküntü effekti: Bahalaşmanın qarşısını necə almaq olar?
-
Elm və təhsil11:23Hər şey şagirdin qorunması üçün: Bəs müəllimin hüququ?
-
Hadisə10:45Xaçmazda məktəbli qızın meyiti tapıldı - FOTO
-
İdman10:39Günün oyunları - AFİŞA
-
Nida Xəbər 09:53Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlıq müzakirə olundu
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir





















.jpg)











.png)

