Hadisə
İş üçün Xankəndiyə yollandı: Dələduzluq etdi, həbs olundu

Xankəndi şəhərinə iş axtarmağa gedən şəxs həbs edilib.
Publika.az Oxu.az-a istiandən xəbər verir ki, Laçın rayon sakini, 2002-ci il təvəllüdlü Azər Quliyev iş axtarmaq üçün xalası oğlu ilə birlikdə Xankəndiyə gedib.
Onlar bir neçə gün şəhər ərazisində iş axtarsalar da, onlara uyğun iş olmayıb. Çarəsiz qalan A.Quliyev başqa üsula əl atıb. Belə ki, o, xalası oğlu ilə birlikdə restoranlardan birində nahar edərək, spirtli içki içib. Daha sonra Azər səliqəli geyinərək, Xankəndi şəhərindəki bir neçə ticarət və iaşə obyektinə daxil olaraq, guya Dövlət Vergi Xidmətinin əməkdaşı olduğunu deyib və sahibkarlardan pul tələb edib. Obyektlərdən birinə daxil olub pul tələb edərkən, sahibkar polis əməkdaşlarına məlumat verib.
Hadisə yerinə polis əməkdaşlarının gəldiyini görən A.Quliyev ərazidən qaçmaq istəyib. O, həmin vaxt sərxoş olduğundan qaçarkən küçədə yıxılıb, xəsarət alıb.
Polis əməkdaşları onu saxlayaraq barəsində protokol tərtib ediblər. Protokol məhkəməyə göndərilib.
Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə A.Quliyev 10 sutka həbs edilib.
-
Sosial14:37
Bu gün açılışı olan universitetdən - FOTOLAR
-
İdman13:42
Haaland sevgilisi ilə belə tanış olub: Mən onu yox, o məni "bişirdi" - FOTOLAR
-
Sosial12:48
Sərnişinlərin nəzərinə: Avtobusda ödəniş edərkən buna diqqət yetirin - FOTO
-
Sosial11:08
Noyabrda ardıcıl 4 gün iş olmayacaq - VİDEO
-
Dünya10:32
NASA Ayda kənd salır: Kimlər yaşayacaq?
-
Sosial09:38
Qəzalı vəziyyətdə olan 13 bina sökülür: 1 300 ailəyə yeni evlər veriləcək
-
Sosial07:17
Oktyabrın ilk günü hava necə olacaq - PROQNOZ
-
Magazin106:16
Tanınmış meyxanaçıların arxiv görüntüsü gündəm oldu - VİDEO