Hadisə
Zaqatalada avtomobillər toqquşdu: xəsarət alanlar var - FOTO
Gecə saat 22.30 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, Zaqatala şəhərindən toydan qayıdan marşrut avtobusu ilə "Vita" markalı mikroavtobus toqquşub. Bu zaman hər iki sərnişin avtomobili aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər yaralanıblar. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinəsi aparılır.
Hadisə yerini Dövlət Yol Polisinin əməkdaşları nəzarətə götürüb.
Baş vermiş qəza ilə bağlı hadisə yerində araşdırma aparılır.
-
Ekologiya07:15Böyükşor gölü ətrafında havada nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq
-
Qoroskop02:00Günün ulduz falı: Planlarınızı yenidən nəzərdən keçirin!
-
MDB01:40Şoyqunu öldürmək istəyənlər saxlanıldı: Biri qadındır
-
Hadisə01:20Moskvada azərbaycanlı ər arvadını xilas edərkən yanıb öldü
-
İdman17 Noyabr 23:35Futbolçular arasında kütləvi dava: Polis bibər qazı tətbiq etdi - FOTO
-
Kriminal17 Noyabr 22:58Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə
-
Dünya17 Noyabr 21:49Mədinədə dəhşətli qəza: 45 zəvvar öldü - VİDEO
-
Avropa17 Noyabr 21:00Onlayn mağazadan dərman alan 27 nəfər öldü







.jpg)





























