Hadisə
İcra başçısının sabiq müavini həbsdə qaldı
Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova vaxtından əvvəl azadlığa çıxmaq istəyir.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sadıqova cəzasının qalan 8 ayının şərti hesab edilməsini xahiş edib.
Lakin həm birinci instansiya, həm də apellyasiya məhkəməsi onun müraciətini təmin etməyib. Hakimlər cəza növünün dəyişdirilməsi üçün yetərli əsas görməyiblər.
Qeyd edək ki, xanım məhkum bu ilin yazında məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişdi. Həmin vaxt da onun müraciətinə rədd qərarı verilmişdi.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər. G.Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.
-
Nida Xəbər 15:48Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə…”
-
Kriminal14:55İcra Hakimiyyətində qalmaqal: Vəzifəli şəxs başçının müavininə hücum etdi
-
Nida Xəbər 14:21Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
-
Dünya13:25Türkiyənin siyasəti nəticə verir: Qərb onlar üçün qapılarını bağladı
-
Region13:06İrandan sensasion iddia: Bu zavodun yerini İsrailə onlar deyib, orada olmuşdular
-
Sosial12:47Azərbaycanda ən yaşlı icra başçısı odur - FOTO
-
Köşə12:05Şahruddin Qurban Qurbanova qarşı üsyan qaldırdı
-
Dünya11:45Məmdaninin qələbəsi Nyu-Yorku "silkələdi": Yəhudilər silahlanırlar



















.jpg)


















