Hadisə
İşlədiyi yeri əxlaqsızxana adlandıran qadına bu cəza verildi
Tərtər rayonunda keçmiş iş yerinin qarşısında video çəkərək sosial şəbəkədə paylaşan qadın cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 39 yaşlı rayon sakini Tünzalə Yusifova (ad-soyad şərtidir) barəsində rayon məhkəməsinə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.
Bildirilib ki, T.Yusifova barəsində şikayət edən şəxs onun əvvəllər çalışdığı qeyri-hökumət təşkilatının rəhbəridir.
Belə ki, bir müddət əvvəl təşkilat Tərtərdə qadınları minatəmizləmə işinə cəlb edib və bu istiqamətdə layihə icra edib. Lakin layihə qeydiyyatdan keçmədiyi üçün sonradan dayandırılıb və Tünzalə ilə bağlanmış müqavilə də ləğv edilib. Bundan sonra Tünzalə Bakıya gələrək təşkilatın rəhbəri ilə görüşüb, işə bərpa edilməsini xahiş edib. Lakin onun istəyi baş tutmayıb.
Daha sonra Tərtərə qayıdan qadın təşkilatın rayon şöbəsinin qarşısına gələrək video çəkib və işlədiyi yerin ünvanına “Əxlaqsızxana, rüşvətxana, axşam hərəsi bir qız götürüb gətirir bura” və sair kimi sözlər işlədib. Həmçinin təşkilatın rəhbər şəxslərindən birinin ona intim münasibət təklif etdiyini iddia edib.
Videonun “TikTok” və yutub platformasında yayılmasından sonra qadın barəsində şikayət edilib.
Məhkəmədə Tünzalə Yusifova törətdiyi əməldən peşman olduğunu bildirib.
Tərtər Rayon Məhkəməsi Tünzalə barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən hökm çıxarıb. Belə ki, ona qazancından 10 faiz tutulmaqla islah işləri cəzası verilib.
-
Hadisə23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Nida Xəbər 20:04Abbas Əraqçi Bakıya gəldi - FOTO/YENİLƏNDİ
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
































.jpg)




