Bakıda gənc iş adamı idman zalında öldü - FOTO
Bizi izləyin

Hadisə

Bakıda gənc iş adamı idman zalında öldü - FOTO

Bakıda gənc iş adamı idman zalında məşq edən zaman qəfildən ölüb.

Publika.az Yenisabah.az-a istinadən xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib.

35 yaşlı Toğrul Tapdıqzadə idman zalında məşq etdiyi vaxt qəfildən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, iş adamının həyatını xilas etmək mümkün olmayıb.

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Tapdıqzadə Toğrul Yaşar oğlu 1990-cı ildə anadan olub. Əslən Laçın rayonundandır. Ailəlidir, 4 övladı var. O, iş adamıdır. Toğrul Tapdıqzadənin atası Yaşar Nəcəfov Birinci Qarabağ müharibəsinin veteranıdır. O, 811 saylı hərbi hissənin tərkibində döyüşüb. Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb. Yaşar Nəcəfov özü də iş adamdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm