Hadisə
Ağdamda yaşayış kompleksində təlim keçirildi - VİDEO

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Ağdam şəhərində inşa edilən “Aghdam Residence” yaşayış kompleksində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Nazirliyin Mətbuat xidmətindən Publika.az-a verilən məlumat görə, FHN-in Qarabağ Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd inşaat işlərinə cəlb olunmuş heyətə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, mina təhlükəsindən qorunmanın yolları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq kompleksin müvafiq personalı ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, paralel olaraq “yanğınla mübarizə” tədbirləri yerinə yetirilib və şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil edilir.
-
Nida Xəbər 16:20
Türkiyə-Ermənistan münasibətləri ilə bağlı Ankara İrəvana nə deyib? – Mirzoyan açıqladı
-
Maraq dünyası15:22
"Poverbank" sərnişin dolu təyyarəni necə məhv edə bilər? - VİDEO
-
MDB14:02
Rusiyanın aparıcı ideoloqlarından olan məşhur Kara-Murza vəfat etdi
-
MDB10:25
Putini Macarıstan səmasında belə qoruyacaqlar: General detalları açıqladı
-
Avto10:13
Məşhur şirkət 700 min avtomobilini geri çağırdı
-
MDB09:52
Zelenski: "Putin mənə nifrət edir!"
-
Ekologiya09:34
Bəzi ərazilərə leysan, Şahdağa qar yağdı
-
ABŞ09:00
Bu ölkədəki ABŞ səfirliyinə oxlarla hücum etdilər - 4 polis yaralandı