Hadisə
Övladlarına aliment verməyən kişi həbs edildi
Beyləqanda övladlarına aliment verməyən kişi həbs edilib.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, rayon sakini Seymur Quliyev 2003-cü ildə ailə qurub.
Cütlüyün birgə nikahdan iki azyaşlı övladı dünyaya gəlib. Onlar 2018-ci ildə boşanıblar və məhkəmə hər uşağa aylıq 250 manat olmaqla, ümumilikdə 500 manat aliment ödənilməsinə qərar verib.
Lakin Seymur Quliyev müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınıb. Nəticədə qadın övladlarının alimenti ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Quliyev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Beyləqan Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Seymur Quliyevin ümumilikdə 31 min manat məbləğində aliment borcu yaranıb və o, bu borcu ödəməkdən imtina edib.
Məhkəmənin hökmü ilə S.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -



















.jpg)



















